...

Rənginizi dəyişin, Cənablar!

Siyasət Materials 29 Sentyabr 2015 13:59 (UTC +04:00)
Avropa Şurasının payız sessiyasında qurumun prezidenti Ann Brassörün Azərbaycanla bağlı söylədiyi fikirlər 2003-ci ildə Qərbin başlatdığı və bir neçə il davam edən “narıncı inqilab” ssenarilərini mənə xatırlatdı. Bu barədə bir az sonra...
Rənginizi dəyişin, Cənablar!

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Avropa Şurasının payız sessiyasında qurumun prezidenti Ann Brassörün Azərbaycanla bağlı söylədiyi fikirlər 2003-ci ildə Qərbin başlatdığı və bir neçə il davam edən "narıncı inqilab" ssenarilərini mənə xatırlatdı. Bu barədə bir az sonra...

Sovet imperiyasının çöküşündən sonra qərb dairələri, ona bağlı ictimai-siyasi institutlar, kəşfiyyat orqanları postsovet məkanına tökülüşməyə başladılar. Ortada çox ciddi iqtisadi imkanlar və böyük layihələr var idi. Amma bunu rahatlıqla əldə etmək, hər şeyi bir anda nəzarətə almaq asan deyildi. Bunun üçün gərgin səy və böyük zəhmət tələb olunurdu. Ən əsası isə "Parçala, hökm sür" siyasəti işə düşməli, postsovet insanı üçün "demokratik dəyərlər" cəlbedici olmalıydı. Zatən, elə bunu etdilər və etməkdə də davam edirlər. Bir zamanların "demokratiya fədailəri", "azadlıq carçıları" da artıq başa düşməyə başladılar ki, onların xəyal etdikləri "dəyərlər" qlobal sistemin inkişafı üçün cızılmış nəzəriyyədən başqa bir şey deyilmiş.

O zamanlar Viktor Yuşşenkonun "narıncı" yolla hakimiyyətə gəlməsini bayram edənlər cəmi bir seçki sonra onu yola saldılar. Yuşşenkonun seçkilərdə əldə etdiyi nəticə də maraqlı idi - 5 faiz. Nəzərə alanda ki, ondan beş il öncə o, 55 faiz səs almışdı və beş ildə xalqın yarısının etimadını itirdi, bu artıq sadə ukraynalıların "narıncı inqilab"a və onun nəticələrinə olan münasibəti idi. Yuşşenko gəldi və getdi, amma Ukraynada o zamandan başlanan proses hələ də bitmək bilmir. Özü də deyəsən, "bu xəmir hələ çox su aparacaq". Qırğızıstanda, lap elə qulağımızın dibində, Gürcüstanda da eyni ssenarilər təkrarlandı. "Ərəb baharı"nın təsir dairəsinə aldığı ölkələrin siyahısını uzatmaq olar.

Avropa Parlamentinin qətnaməsini, Avropa Şurasının payız sessiyasında səslənən fikirləri bayram edən "liderlərimiz" başa düşürlər ki, bu bir siyasi oyundur. Nəinki başa düşürlər, hətta özləri bu prosesdə iştirakçı qismində yer alırlar. Qərb əldə etdiyi və etmək istədiyi milyardlardan, bir-iki manat bunlara da "sədəqə" ayırır. Ayırır ki, daha inamla, daha əzmlə danışsınlar.

Siçan-pişik oynamağın zamanı deyil. Açıq deyəcəyəm: Qərb Azərbaycanı Ukrayna, Qırğızıstan, Gürcüstan edə bilmədiyinə görə, təhdid edir. Nə xoş ki, buna nail ola bilmir. Çünki Azərbaycan xarici siyasətdə "model" öyrənmir, model yaratmağı bacarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti