...

Tüpürdüyünü yalama, Serjik, kişi ol!

Siyasət Materials 30 Sentyabr 2015 09:57 (UTC +04:00)
Serj Sərkisyan yenə öz ənənəsinə sadiq qaldı. Baxmayaraq ki, ona daha bir fürsət yaranmışdı ki, bir neçə gün əvvəl söylədiklərini yenidən təkrarlasın. Casərəti çatmadı desin ki, Dağlıq Qarabağ Ermənistan torpağıdır. O, bundan qabaq bu sözü demişdi. Özü də ac-yalavac qoyduğu, sürətlə boşalan ölkəsinin vətəndaşları qarşısında. Axı o nəsə deməliydi, nəsə bəyanat verməliydi ki, öz qanunsuz hakimiyyətini qoruya bilsin.
Tüpürdüyünü yalama, Serjik, kişi ol!

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Serj Sərkisyan yenə öz ənənəsinə sadiq qaldı. Baxmayaraq ki, ona daha bir fürsət yaranmışdı ki, bir neçə gün əvvəl söylədiklərini yenidən təkrarlasın. Casərəti çatmadı desin ki, Dağlıq Qarabağ Ermənistan torpağıdır. O, bundan qabaq bu sözü demişdi. Özü də ac-yalavac qoyduğu, sürətlə boşalan ölkəsinin vətəndaşları qarşısında. Axı o nəsə deməliydi, nəsə bəyanat verməliydi ki, öz qanunsuz hakimiyyətini qoruya bilsin.

Amma gəlin görək, bunu BMT-nin Baş Assambleyasında, bu ali tribunada deyə bildimi?! Cavabını özü verdi. Özü də çox gözlətmədən. Ermənistanda "aslan", BMT-də isə dovşan olan Sərkisyan başa düşürdü ki, bu cür ağılsız, "cəsarətli" bəyanatları yalnız öz ölkəsində vermək və yalnız erməni xalqını buna inandırmaq olardı. O, azərbaycanca bilir, ünvanına bu sözü demək lap yerinə düşür: "Adam kişi olar Serj, tüpürdüyünü yalama".

Sərkisyan BMT-nin tribunasından istifadə edərək, ölkəmizi "lazımi qanuni addımlar, siyasi-hərbi addımlar" atacağı ilə hədələyir. Unudur ki, bir milyondan artıq azərbaycanlı qaçqını öz dogma yurd-yuvalarından didərgin salan, Azərbaycan torpaqlarının 20 faizini işğal edən, Xocalıda misli görünməmiş vəhşiliyə imza atan Azərbaycan yox, Ermənistandır. Hətta çıxış etdiyi BMT Təhlükəsizlik Şurasının da bununla bağlı çoxsaylı qətnamələri var.

Məsələ təkcə bunda deyil. Əgər bu gün BMT-nin ali tribunasından Ermənistan kimi işğalçı bir dövlətin rəhbəri çıxış edib, işğala məruz qoyduqları dövləti hədələyirsə, bunun bir adı var - beynəlxalq hüququn böhranı. Bu aydın şəkildə göstərir ki, BMT də digər beynəlxalq qurumlar kimi, ikili standartların əsirinə çevrilib. Yox əgər bunun əksi olsaydı, özünə qarşı çıxmaz, işğalçı adını qoyduğu dövlətin rəhbərinə işğal faktına haqq qazandırmaq şəraiti yaratmazdı. Ermənistan prezidenti BMT-yə Azərbaycandan şikayət edir, halbuki məhz BMT-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə dair dörd qətnaməsinə Yerevan sadəcə tüpürür.

Əslində, burada təəccüblü bir şey də yoxdur. Serj Sərkisyan və onun kimi işğalçılar görəndə ki, dünya birliyi üçün ədalət nəinki ikinci və üçüncü yox, ümumiyyətlə, neçəncisə planda yer almır, bu qətnamələrə nəinki tüpürəcək, lazım gəlsə, lap yanını da siləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti