...

Fransanın Azərbaycandakı səfiri xələfinin adını açıqladı

Siyasət Materials 30 Sentyabr 2015 15:47 (UTC +04:00)
Fransanın Azərbaycandakı yeni səfiri Aureliya Buşez olacaq.
Fransanın Azərbaycandakı səfiri xələfinin adını açıqladı

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Fransanın Azərbaycandakı yeni səfiri Aureliya Buşez olacaq. Bunu Trend-ə Fransanın Azərbaycandakı indiki səfiri Paskal Mönye deyib.

Onun sözlərinə görə, A.Buşez Avropa İttifaqının Qazaxıstanda xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

Qeyd edək ki, vəzifə səlahiyyətləri yaxın vaxtlarda başa çatan P.Mönye 2012-ci ilin iyulunda Fransanın Bakıdakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti