...

Azərbaycanda qanunsuz miqrantlara qarşı tədbirlər gücləndirilir

Siyasət Materials 6 Oktyabr 2015 12:28 (UTC +04:00)
Azərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilir.
Azərbaycanda qanunsuz miqrantlara qarşı tədbirlər gücləndirilir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur.

Qeyd edək ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti