...

“Freedom House”u çirkli pullar danışdırır

Siyasət Materials 7 Oktyabr 2015 23:00 (UTC +04:00)
Ötən əsrin 80-ci illərinin sonunda nəhəng sovet imperiyasını yıxan sadə “sovetlilər” heç ağlına da gətirməzdi ki, onların etalon saydığı Qərb elə oyunlardan, elə həngamələrdən çıxacaq ki, sovet ideologiyası üçün darıxmalı olacaqlar.
“Freedom House”u çirkli pullar danışdırır

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Ötən əsrin 80-ci illərinin sonunda nəhəng sovet imperiyasını yıxan sadə "sovetlilər" heç ağılllarına da gətirməzdilər ki, onların etalon saydığı Qərb elə oyunlardan, elə həngamələrdən çıxacaq ki, sovet ideologiyası üçün darıxmalı olacaqlar.

Çox az sonra məlum olacaqdı ki, "İnsan haqları", "Demokratiya", "Ümumbəşəri dəyərlər" bəlli bir qrupun güclənməsi, Qərbin iqtisadi maraqlarını həyata keçirməsi üçün lazımdır. Bilərəkdən və bilməyərəkdən prosesin fəal iştirakçısı olan şəxslər özləri də etiraf etməyə başladılar ki, onlara belə "demokratiya" lazım deyil.

Sovet ideologiyası ateizmi təbliğ edirdi. Ancaq bu zaman ayrıseçkiliyə yol vermirdi. Bütün dinlərin yayılmasına qarşı idi. Qərb isə "dini tolerantlıq" adı altında özü üçün yad dinləri sıradan çıxarmaqla məşğuldur. "İslamafobiya", "İslam terroru" və bu kimi digər terminləri gündəmə gətirməklə, Quantonamada müsəlman məhbuslara qarşı qeyri-insani rəftara yol verməklə, "sərhədsiz demokratiya"nın tərkib hissəsi olan "Dini tolerantlıq"dan da öz şəxsi məqsədləri üçün istifadə edir.

Qərbin yürütdüyü siyasətin əsas xüsusiyyətlərindən biri "demokratiya çağırışları"nı öz dilindən yox, başqalarının dilindən səsləndirməsidir. Bəzi hallarda ABŞ, aparıcı Avropa dövlətləri hər hansı ölkənin əleyhinə bəyanatla çıxış edir, ona qarşı açıq "təzyiq silahı"ndan istifadə edirlər. Onlar bu fəaliyyəti müxtəlif beynəlxalq təşkilatların xətti ilə həyata keçirirlər. "Freedom House", "Sərhədsiz Reportyorlar", "Human Rights Watch" və s. bu kimi təşkilatlar bu qəbildəndir.

Bu təşkilatların hesabatları araşdırılmır, müxtəlif mənbələrdən dəqiqləşdirilmir. Onların açıqladığı mövqelər Qərbin bu təşkilatlar vasitəsilə müəyyən qurumlara yerləşdirdiyi emissarlarla (QHT rəhbərləri, "Hüquq müdafiəçiləri") "informasiya mübadiləsi" nəticəsində ortaya çıxır. Qərb texnoloqları bu təşkilatlara "pas ötürür", onlar da müxtəlif dövlətlərdə yerləşdirdikləri agentlərə. Sonra proses geriyə təkrarlanır. Bu dəfə "pas"ı emissarlar ötürür. Ardınca həmin beynəlxalq təşkilatlar "etibarlı mənbə"yə əsaslanıb, hesabat yayırlar. Nəticədə Qərb yenidən "demokratiya axtarışı"na çıxır və bununla müxtəlif dövlətlərə "təzyiq rıçağı" əldə edib, öz iqtisadi maraqlarını həyata keçirməyə çalışır. Bu qədər sadə və bəsit.

Məsələn, "Fredeem House" təşkilatının yaranma tarixinə və fəaliyyət istiqamətlərinə baxsaq, bunu aydın şəkildə görərik. Bu təşkilat 1941-ci ilin oktyabrında ABŞ-da yaradılıb. Tərcümədə "Azadlıq Evi" mənasını verən təşkilat Corc Buşun ABŞ-a rəhbərliyi dövründə aktiv fəaliyyətə keçib. Yayılan məlumatlara görə, təşkilatın gəlirlərinin 66 faizi birbaşa dövlətdən əldə olunur. Maliyyənin əsas mənbələri isə ABŞ-n Beynəlxalq İnkişaf Agentliyi, ABŞ Dövlət Departamenti və Milli Demokratiya Fondudur. "Freedom House" təkcə siyası baxımdan deyl, eyni zamanda maliyyə baxımından da ABŞ dövlətindən asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti