...

Avropa Şurası baş katibin Azərbaycanla işçi qrupundan çıxmaq bəyanatını şərh edib

Siyasət Materials 8 Oktyabr 2015 13:28 (UTC +04:00)
Avropa Şurasının (AŞ) Azərbaycanla insan haqları üzrə birgə işçi qrupundan çıxmaq qərarı AŞ-nin Parlament Assambleyasının noyabrın 1-də keçiriləcək Azərbaycan parlamenti seçkiləri üzrə müşahidə missiyası ilə bağlı deyil.
Avropa Şurası baş katibin Azərbaycanla işçi qrupundan çıxmaq bəyanatını şərh edib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Avropa Şurasının (AŞ) Azərbaycanla insan haqları üzrə birgə işçi qrupundan çıxmaq qərarı AŞ-nin Parlament Assambleyasının noyabrın 1-də keçiriləcək Azərbaycan parlamenti seçkiləri üzrə müşahidə missiyası ilə bağlı deyil.

Bunu Trend-ə Avropa Şurasının kommunikasiyalar üzrə direktoru və baş katibin mətbuat katibi Daniel Holqten deyib.

AŞ-nin baş katibi Turbyorn Yaqland ötən gün təşkilatın Nazirlər Kabinetini Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupunda AŞ-nin iştirakını geri çağırmaq qərarı barədə məlumat verib. Bu barədə dünən baş katibin mətbuat xidməti məlumat yaymışdı.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov isə Trend-ə deyib ki, Azərbaycan istənilən tərəfin seçkiləri müşahidə etməsinə həmişə açıqdır: Onun sözlərinə görə, hər məsələni seçkiyə aid etmək də düzgün deyil. Artıq seçkilərə az qalıb, tərəfimizdən bu istiqamətdə fəaliyyət daim olub və indi də davam edir. Əsas məqsədimiz seçkiləri hansısa qurumların maraqlarına görə deyil, xalqımızın maraqlarına görə keçirmək, seçicilərin hüquqlarının təmin edilməsini yüksəltməkdir. Ona görə də seçki prosesinin daim təkmilləşdirilməsinin şahidi oluruq. Biz həmişə seçkilərin müşahidə edilməsi üçün şərait yaratmışıq".

N.Məmmədov qeyd edib ki, bizim təcrübə göstərir ki, seçkilərin müşahidəsi ilə bağlı Avropa Şurası ilə heç vaxt problemimiz olmayıb və ümid edirik ki, indi də problem olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti