...

Bəxtiyar Sadıqov: Azərbaycana gəlmək istəyən hər kəs ölkə qanunlarına əməl etməlidir

Siyasət Materials 8 Oktyabr 2015 18:29 (UTC +04:00)
Azərbaycan hüquqi dövlətdir və beynəlxalq normalara uyğun qanunlar əsasında fəaliyyət göstərir.
Bəxtiyar Sadıqov: Azərbaycana gəlmək istəyən hər kəs ölkə qanunlarına əməl etməlidir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan hüquqi dövlətdir və beynəlxalq normalara uyğun qanunlar əsasında fəaliyyət göstərir. Qanunlara uyğun olaraq sərhəd keçmənin də müəyyən prosedur qaydaları var və Azərbaycana daxil olmaq üçün müvafiq prosedurdan keçmək lazımdır. Əgər kimsə buna əməl etmirsə, ölkəyə buraxılmayacaq, çünki qanunlarımızı pozur".

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov "Amnesty International" təşkilatının Gürcüstan vətəndaşı olan iki əməkdaşının Azərbaycana buraxılmamasını şərh edərkən deyib.

B.Sadıqov bildirib ki, kimliyindən asılı olmayaraq hər kəs qanuna tabe olmalıdır: "Əgər kimsə Azərbaycana gəlmək istəyirsə, ölkənin qanunlara əməl etməlidir. Etməyənlər isə təbii ki, ölkəyə buraxıla bilməz".

Millət vəkili bəzi qüvvələrin bu məsələni başqa istiqamətə yönəltməyə cəhd etməsinin heç də gözlənilməz olmadığını deyib: "Təbii ki, xarici qurumlarla əlaqəli olanlar, onlardan qrant alanlar, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxış edən "5-ci kolon" və onun xidmətçiləri olan mətbuat orqanları belə məqamda əsl həqiqəti gizlədir və hay-küy qaldıraraq məsələyə başqa don geyindirməyə çalışırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti