...

Məzahir Pənahov: "Bizi ciddi tədbir görməyə məcbur etməsinlər"

Siyasət Materials 9 Oktyabr 2015 17:30 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərdə təşviqat kampaniyasının aparılması ilə bağlı bir sıra tövsiyələr verilib.
Məzahir Pənahov: "Bizi ciddi tədbir görməyə məcbur etməsinlər"

Azərbaycan, Bakı, 9 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərdə təşviqat kampaniyasının aparılması ilə bağlı bir sıra tövsiyələr verilib.

Trend-in məlumatına görə, iclasda MSK sədri Məzahir Pənahov qeydə alınmış namizədləri seçiqabağı təşviqat zamanı qanunun tələbinə əməl etməyə çağırıb.

O bildirib ki, qanunazidd hərəkət edən namizədlər barəsində hüquqi tədbirlər görülə bilər: "Biz kimisə cəzalandırmağa çalışmırıq, əksinə, hamıya bərabər şərait yaratmaq istəyirik. Buna görə də hər kəsi qanunun tələblərinə əməl etməyə çağırırıq. Bizi məcbur etməsinlər ki, ciddi tədbir görək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti