...

Məzahir Pənahov: Ən məşhur, imkanlı şəxslər belə bu səhvə görə bağışlanmır

Siyasət Materials 10 Oktyabr 2015 18:00 (UTC +04:00)
Deputatlığa namizədliklərini irəli sürmüş şəxslər təqdim etdikləri sənədlərinin düzgünlüyünə diqqət yetirməlidirlər.
Məzahir Pənahov: Ən məşhur, imkanlı şəxslər belə bu səhvə görə bağışlanmır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

Deputatlığa namizədliklərini irəli sürmüş şəxslər təqdim etdikləri sənədlərinin düzgünlüyünə diqqət yetirməlidirlər.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında mülkiyyət barədə düzgün məlumat təqdim etməməyə görə, namizədliyin qeydə alınmamasına münasibət bildirərkən deyib.

M.Pənahov bildirib ki, dünya praktikasında da bu məsələyə çox həssaslıqla yanaşılır, ən məşhur, imkanlı şəxslər belə bağışlanmır: "Məsələn, Lionel Messi də vergiləri gizlətməkdə günahlandırıldı. Baxmayaraq ki, belə məşhur şəxs üçün 5-3 milyon vergi heç nədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti