...

Bəxtiyar Əliyev seçicilərlə növbəti görüşlərini keçirib (FOTO)

Siyasət Materials 13 Oktyabr 2015 13:07 (UTC +04:00)
Bu gün seçicilərlə təmaslarını davam etdirən 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev Binəqədi, Nərimanov və Yasamal rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Bəxtiyar Əliyev seçicilərlə növbəti görüşlərini keçirib (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün seçicilərlə təmaslarını davam etdirən 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev Binəqədi, Nərimanov və Yasamal rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Trend-in məlumatına görə, görüşdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

Qaldırılan məsələlərə münasibət bildirən B.Əliyev seçicilərin dəstəyini qazanaraq bu dairədən deputat seçiləcəyi təqdirdə, müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.

Keçirilən görüşlərdə seçicilər 1 noyabrda yüksək fəallıq nümayiş etdirəcəklərini və Bəxtiyar Əliyevə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Bəxtiyar Əliyev bundan əvvəl Abşeron və Xırdalan rayonunda məksunlaşmış seçiciləri ilə görüşüb. Bəxtiyar Əliyev bundan sonra da seçicilər ilə görüşlərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti