...

GUAM Azərbaycanda parlament seçkilərinin beynəlxalq normalara uyğun keçiriləcəyinə ümid edir

Siyasət Materials 20 Oktyabr 2015 16:24 (UTC +04:00)
GUAM ümid edir ki, Azərbaycanda qarşıdakı parlament seçkiləri beynəlxalq hüquq və ölkə qanunvericiliyi normalarına uyğun olaraq keçiriləcək.
GUAM Azərbaycanda parlament seçkilərinin beynəlxalq normalara uyğun keçiriləcəyinə ümid edir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

GUAM ümid edir ki, Azərbaycanda qarşıdakı parlament seçkiləri beynəlxalq hüquq və ölkə qanunvericiliyi normalarına uyğun olaraq keçiriləcək. Bunu Trend-ə təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib.

Onun sözlərinə görə, GUAM-a üzv ölkələrdə prezident və parlament seçkilərinin müşahidə edilməsi xoş ənənə halını alıb: "GUAM müşahidəçiləri Azərbaycanda parlament seçkilərinə göndərəcək. GUAM-ın 3 nəfərdən ibarət müşahidə heyəti oktyabrın 31-də Bakıya gələcək".

Təşkilatın fəaliyyətinə gəlincə, baş katib qeyd edib ki, dekabrın əvvəlində Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində GUAM ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək: "Görüşdə Azərbaycan qarşıdakı il üçün sədrliyinin prioritetlərini təqdim edəcək".

O bu il GUAM-ın ən vacib tədbirləri arasında nəqliyyat və ticarətə yardım üzrə proqramın əlaqələndirmə komissiyasının iclasını qeyd edib: "Mayda Bakıda keçirilmiş bu görüşdə ciddi sənəd imzalanıb. Hazırda isə ikinci sənəd hazırlanır və dekabrda Tbilisidə keçiriləcək növbəti görüşdə imzalanacaq. Sənəd GUAM ölkələrinin gömrük orqanlarının qarşılıqlı fəaliyyət mexanizmlərini sadələşdirir və ticarətin inkişafına, həmçinin GUAM-ın tranzit nəqliyyat dəhlizinin potensialının artırılmasına xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti