...

Kəmaləddin Heydərov Monteneqronun Baş naziri ilə görüşüb

Siyasət Materials 28 Oktyabr 2015 18:52 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kəmaləddin Heydərov Monteneqronun Baş naziri ilə görüşüb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, K.Heydərov qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

M.Cukanoviç bildirib ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması sahəsində də Azərbaycanla əməkdaşlığın böyük potensialı var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti