...

Fransa səfiri: "Kədərimizi bölüşdüyü üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm"

Siyasət Materials 14 Noyabr 2015 16:11 (UTC +04:00)
"Kədərimizi bölüşdüyü üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.
Fransa səfiri: "Kədərimizi bölüşdüyü üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm"

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

"Kədərimizi bölüşdüyü üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm". Trend-in məlumatına görə, bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

A.Buşez bildirib ki, Fransa Prezidenti Fransua Olland tərəfindən ölkədə 3 günlük matəm elan olunub: "Azərbaycan Prezidenti İlham Əliyev bu səhər Fransa xalqı və Prezidentinə başsağlığı məktubu göndərib, Fransa xalqının kədərini paylaşdığını, Fransa xalqını dəstəklədiyini bildirib. Fransa bunu yüksək dəyərləndirir".

Səfir qeyd edib ki, Fransa Prezidenti hadisə ilə bağlı çıxış edib: "Fransua Olland çıxışında bildirib ki, Fransa xalqının azadlıq və tolerantlıq dəyərlərini hər bir halda müdafiə edəcək. Bu, terror və vəhşiliyə qarşı bir müdafiə olacaq. Fransa Prezidenti qeyd etdi ki, baş verənlər terror ordusu tərəfindən Fransaya, müdafiə etdiyimiz dəyərlərə, azad ölkəyə qarşı müharibə deməkdir".

Fransa səfirliyinin mətbuat xidmətinin rəhbəri Mina Qaziyeva isə bildirib ki, noyabrın 16-da səfirlikdə xatirə dəftəri açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti