...

Azərbaycan QDİƏT PA-nın sessiyasında təmsil olunacaq

Siyasət Materials 24 Noyabr 2015 20:23 (UTC +04:00)
Musa Quliyev noyabrın 25-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcək.
Azərbaycan QDİƏT PA-nın sessiyasında təmsil olunacaq

Bakı. Trend:

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki (QDİƏT PM) nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən, qurumun sədr müavini, deputat Musa Quliyev noyabrın 25-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcək.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki,
millət vəkili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 46-cı sessiyasında iştirak edəcək.

Sessiyada "QDİƏT regionunda davamlı inkişafın məqsədlərinin həyata keçirilməsi: parlamentarilərin iştirakı", "Korrupsiyaya qarşı mübarizənin hüquqi əsaslarının gücləndirilməsində parlamentlərin rolu", "Mədəni irsin qeyri-qanuni istifadəsi ilə mübarizə" mövzularında məruzələr dinləniləcək. Tədbirdə QDİƏT, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Qara Dəniz Beynəlxalq Tədqiqatlar Mərkəzinin fəaliyyəti barədə məlumat veriləcək. Toplantıda, həmçinin maliyyə və təşkilati məsələlərə baxılacaq.

Sessiya çərçivəsində, eyni zamanda QDİƏT PM Baş Assambleyasının Büro və Daimi komitəsinin iclasları keçiriləcək.

Səfər noyabrın 28-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti