...

Deputat: Nardaranda baş verən hadisələr heç bir dinlə bağlı olan məsələ deyil

Siyasət Materials 27 Noyabr 2015 12:05 (UTC +04:00)
“Nardaranda baş verən hadisələr heç bir dinlə bağlı olan məsələ deyil. Burada xüsusi hazırlanmış şəxslər var ki, onlar Azərbaycan gənclərini radikal yola dəvət edir, Azərbaycan dövlətinə qarşı qaldırmağa cəhd edirlər”
Deputat: Nardaranda baş verən hadisələr heç bir dinlə bağlı olan məsələ deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

"Nardaranda baş verən hadisələr heç bir dinlə bağlı olan məsələ deyil. Burada xüsusi hazırlanmış şəxslər var ki, onlar Azərbaycan gənclərini radikal yola dəvət edir, Azərbaycan dövlətinə qarşı qaldırmağa cəhd edirlər".

Bunu Trend-ə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Trend-ə bildirib.

Nardaran hadisələri zamanı dünyasını dəyişən polislərin ailələrinə başsağlığı verən F.Muradov baş verən hadisələri qətiyyətlə pisləyərək bunlardan çox narahat olduğunu deyib: "Azərbaycan dövləti tolerantlıq göstərərək hər bir vətəndaşın dini inancına hörmətlə yanaşır. Amma təəssüflər olsun ki, dövlətə, dövlətin siyasətinə qarşı belə hadisələr baş verir. İnanıram ki, yaxın zamanlarda bu insanlar səhv yolda olduqlarını başa düşəcəklər və qanunlara hörmətlə yanaşacaqlar".

Deputat qeyd edib ki, Nardaranda gənlcərin kimlərinsə fitnəsinə uyaraq kimlərəsə əl qaldrıması, daş atması Azərbaycan dövlətinin gənclərinə yaraşmayan haldır: "Nardaran əhalisinin çoxu dövlətimizin müstəqilliyini qoruyan, onu sevən insanlardır. Bölgədə gedən proseslər təbii ki, Azərbaycana da təsir edir".

F.Muradov deyib ki, bu gün bir çox ölkələrdə gəncləri radikallığa çağırış cəhdləri edilir.

Buna təəssüflənən F.Muradov qeyd edib ki, Azərbacanda da gəncləri düz yoldan çəkindirmək cəhdləri edilir: "Mən Nardaran gənclərinə müraciət edərək deyirəm ki, onlar öz dövlətlərinin tərəfində olmalıdırlar. Təxribatçı adamların fikirlərinə uymamalıdırlar. Bu çox vacibdir ki, biz dövlətimizi, müstəqilliyimizi qoruyub saxlayaq. Torpaqlarımız işğal altındadır. Biz öz gücümüzü, birliyimizi torpaqlarımızın azad edilməsinə yönəltməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti