...

Prezident DİN-in Nardaranda ölən əməkdaşlarını təltif etdi

Siyasət Materials 27 Noyabr 2015 15:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident DİN-in Nardaranda ölən əməkdaşlarını təltif etdi

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilsinlər:

polis serjantı Vüqar Əyyub oğlu Nəsibova (ölümündən sonra)

polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevə (ölümündən sonra)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti