...

Fəzail Ağamalı: Azərbaycanı Suriyanın və digər ərəb ölkələrinin durumuna salmağa çalışırlar

Siyasət Materials 28 Noyabr 2015 15:39 (UTC +04:00)
"Azərbaycanı Suriyanın, Yəmənin və digər ərəb ölkələrinin durumuna salmağa çalışırlar".
Fəzail Ağamalı: Azərbaycanı Suriyanın və digər ərəb ölkələrinin durumuna salmağa çalışırlar

Bakı. Elmir Murad - Trend:

"Azərbaycanı Suriyanın, Yəmənin və digər ərəb ölkələrinin durumuna salmağa çalışırlar". Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı Nardaran hadisələrinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, din adı altında fəaliyyət göstərən radikal qruplaşmanın üzvləri xaricdən təşkilatlanan, xaricdən maliyyələşən, xaricdən proqramlaşdırılan insanlardır: "Bu cür insanlar nə birincidir, nə də axrıncı. Bundan sonra da, yeri, zamanı gələndə onları idarə edən qüvvələr tərəfindən bu cür radikal mövqedə duran şəxslərin düyməsi basılacaq. Düymə basılan kimi marionetkalar ortaya çıxacaq və bunlara verilən sifarişləri yerinə yetirməyə çalışacaqlar. Onlar Azərbaycanın üçrəngli bayrağını istifadə edə bilərlər, Azərbaycanın himni çalınanda ayağa dura bilərlər, lakin bütün bunların hamısı görüntü xarakteri daşıyır, onlar bu görüntü arxasında öz məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Bu, antikoalision çağırışlar, antikoalision hərəkətlər, davranışlardır. Onlar Azərbaycanı Suriyanın, Yəmənin, digər ərəb ölkələrinin durumuna salmağa çalışırlar. Niyyətləri, məqsədləri budur, onlara verilən proqram da bundan ibarətdir".

Millət vəkili bildirib ki, buna görə də onlara qarşı sərt inzibati tədbirlər həyata keçirilməlidir: "Hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı atdığı addımları birmənalı şəkildə dəstəkləyirəm. Bu məsələ hərtərəfli araşdırılmalıdır".

F.Ağamalı Nardaranda sakinlərin hamısının həmin radikalçılarla bərabər, əlbir olması fikrinin qəti əleyhinədir: "Nardaranda Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli maraqlarına xidmət edən insanlar da var. Lakin radikalçıların təsiri altında olan bütün yuvalar aradan qaldırılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti