...

Novruz Məmmədov: Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilmişdir

Siyasət Materials 30 Noyabr 2015 11:35 (UTC +04:00)
Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilmişdir.
Novruz Məmmədov: Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilmişdir

Bakı. Trend:

Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilmişdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.

PA rəsmisi qeyd edib ki, heç şübhəsiz bu problemin yaranmasında inkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdür: "İqlim dəyişməsinə əsas səbəblərdən biri sənayedə bir sıra faktorların nəzərə alınmamasıdır. Lider dövlətlər bilə-bilə bunun qarşısını almaq üçün addımlar atmırlar. Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar. Bu problemin qarşısını almaq üçün lider dövlətlər iqtisadi maraqlarından keçmək istəmirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti