...

Beynəlxalq Milad Festivalında Azərbaycan stendi təqdim olunub

Siyasət Materials 30 Noyabr 2015 13:42 (UTC +04:00)
Praqada keçirilən Beynəlxalq Milad Festivalında Azərbaycan stendi təqdim olunub.
Beynəlxalq Milad Festivalında Azərbaycan stendi təqdim olunub

Bakı. Trend:

Praqada keçirilən Beynəlxalq Milad Festivalında Azərbaycan stendi təqdim olunub.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Praqa Hilton Hotelində Diplomatların Həyat yoldaşları Assosiasiyası tərəfindən Beynəlxalq Milad Festivalı təşkil edilib.

Sözügedən festival çərçivəsində Çexiyada akreditə olunmuş müxtəlif səfirliklərin stendləri ilə yanaşı, Azərbaycan səfirliyinin stendi quraşdırılıb və ölkəmizə məxsus hədiyyələr, suvenirlər, Azərbaycan şirniyyatı və təamları, içkilər, habelə müxtəlif kitablar xeyriyyə məqsədi ilə satışa çıxarılıb. Festivalda həmçinin Azərbaycan milli rəqsi nümayiş etdirilib.

Satışdan toplanan vəsait Çexiyadakı müxtəlif xeyriyyə təşkilatlarını dəstəkləməyə yönəldilib.

Festival ərzində Azərbaycan stendi tədbir iştirakçılarının marağına səbəb olub və qonaqlara ölkəmizlə bağlı təbliğat materialları paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti