...

İlham Əliyev Laos Prezidentini təbrik edib

Siyasət Materials 1 Dekabr 2015 18:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Laos Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti