...

Azərbaycan Qırğızıstana humanitar yardım göndərəcək

Siyasət Materials 3 Dekabr 2015 18:26 (UTC +04:00)
Cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan vurub.
Azərbaycan Qırğızıstana humanitar yardım göndərəcək

Bakı. Trend:

Cari ilin noyabrında Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan vurub.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğızıstan hökuməti Azərbaycan hökumətinə müraciət edib.

Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından FHN hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti