...

Avropa Şurasının baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

Siyasət Materials 9 Dekabr 2015 17:29 (UTC +04:00)
Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Avropa Şurasının baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

Bakı. Trend:

Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Dekabrın 4-də "Günəşli" dəniz neft yatağındakı platformada baş vermiş dəhşətli qəza ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

Qəza nəticəsində həlak olanların ailələrinə Avropa Şurası adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını, itkin düşmüş şəxslərin sağ-salamat tapılmasını, onların axtarışı ilə məşğul olan fövqəladə xidmət əməkdaşlarına cəsarət və əzmkarlıq arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti