...

Kəmaləddin Heydərov Yaponiya səfiri ilə görüşüb

Siyasət Materials 19 Yanvar 2016 17:40 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 19-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb.
Kəmaləddin Heydərov Yaponiya səfiri ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 19-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, K.Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən bəhs edib, bu sahədə zəngin təcrübəyə malik Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlığın geniş potensialı olduğunu bildirib.

T.Takahaşi ölkəsinin uyğun qurumlarının Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ötən ilin mart ayında Yaponiyanin Sendai şəhərində keçirilmiş Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında FHN-in nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti