...

Peru və Kolumbiyanın nüfuzlu qəzetlərində 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib

Siyasət Materials 20 Yanvar 2016 11:22 (UTC +04:00)
Perunun nüfuzlu nəşrlərindən biri olan “El Peruano“ qəzetində “Qara Yanvarın xatirəsi”, eləcə də Kolumbiyanın ən tanınmış mətbu orqanlarından biri olan “El Espectador” qəzetində “Azərbaycan müstəqilliyə yol açmış “Qara Yanvar”ı yad edir” sərlövhəli məqalələri dərc edilib.
Peru və Kolumbiyanın nüfuzlu qəzetlərində 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib

Bakı. Trend:

Azərbaycanın Meksikadakı, eyni zamanda Peru və Kolumbiyadakı səfiri İlqar Muxtarovun Perunun nüfuzlu nəşrlərindən biri olan "El Peruano" qəzetində "Qara Yanvarın xatirəsi", eləcə də Kolumbiyanın ən tanınmış mətbu orqanlarından biri olan "El Espectador" qəzetində "Azərbaycan müstəqilliyə yol açmış "Qara Yanvar"ı yad edir" sərlövhəli məqalələri dərc edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, "Qara Yanvarın xatirəsi" adlı məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin, Mixail Qorbaçovun göstərişi ilə Bakıya qoşun yerdilməsi, müstəqillik tələbi ilə ayağa qalxmış dinc Azərbaycan əhalisinə amansızcasına divan tutulmasından geniş bəhs edilib, tarixi-siyasi səbəbləri göstərilib.

Hər il olduğu kimi, "Qara Yanvar"ın 26-cı ildönümündə də faciə qurbanlarının xatirəsinin həm Azərbaycanda, həm də bütün dünya azərbaycanlıları tərəfindən ehtiramla yad edildiyini bildirən məqalə müəllifi müstəqilliyə gedən yolun Azərbaycan xalqı üçün əzabsız və qurbanlarsız başa gəlmədiyinə diqqət çəkib.

Bu faciənin hər il yad edilməsinin həm gələcəkdə dünyanın heç bir yerində bu cür faciələrin təkrarlanmaması məqsədinə xidmət etdiyi də məqalədə vurğulanıb.

"Azərbaycan müstəqilliyə yol açmış "Qara Yanvar"ı yad edir" sərlövhəli məqalədə isə "Qara Yanvar"ın 26-cı ildönümü, onun tarixi-siyasi səbəbləri və Azərbaycanın müasir tarixindəki əhəmiyyətindən bəhs edilir.

Azərbaycan səfiri Sovet İttifaqının birinci katibi M.Qorbaçovun əmri ilə Bakıya yeridilmiş ordunun dinc əhaliyə divan tutaraq, bununla əslində kommunist rejimini xilas etməyə və Azərbaycanın müstəqillik hərəkatının qarşısının almağa cəhdi etdiyini bildirib.

Məqalədə 20 Yanvarın yalnız faciə və matəm günü olmadığı, eyni zamanda onun Azərbaycanın müstəqiliyyinin bərpası istiqamətində mühüm tarixi hadisə olduğu göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti