...

GUAM-ın baş katibi Moldovanın Ukraynadakı səfiri ilə görüşüb

Siyasət Materials 21 Yanvar 2016 12:42 (UTC +04:00)
GUAM-ın yeni baş katibi Altay Əfəndiyev Moldovanın Ukraynadakı səfiri Ruslan Bolbaçanla görüşüb.
GUAM-ın baş katibi Moldovanın Ukraynadakı səfiri ilə görüşüb

Bakı. Anaxanım Hidayətova - Trend:

GUAM-ın yeni baş katibi Altay Əfəndiyev Moldovanın Ukraynadakı səfiri Ruslan Bolbaçanla görüşüb. Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verir.

Görüş zamanı tərəflər təşkilat daxilində hazırkı vəziyyət, GUAM çərçivəsində əməkdaşlığın perspektivləri və əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Məlumatda vurğulanır ki, təşkilata daxil olan bütün ölkələrin maraqlarına, praktiki nəticələrə istiqamətlənmiş iqtisadi əməkdaşlığın daha aktiv inkişafının vacibliyi və zəruruliyi qeyd olunub.

Həmçinin bildirilib ki, GUAM və ətraf regionda vəziyyət, yeni regional, beynəlxalq təşəbbüslər və layihələr GUAM və GUAM+ formatında təşkilatın potensialından daha tam istifadəsinə xidmət edir.

Tərəflər GUAM-ın işçi orqanlarının, o cümlədən Katiblik və Daimi Nümayəndəlik Şurasının işinin səmərəliliyini artırmağın zəruriliyini qeyd ediblər.

Bundan başqa, daha sıx qarşılıqlı fəaliyyət barədə razılıq əldə olunub, GUAM baş katibinin yaxın vaxtlarda Moldovaya baş tutacaq səfəri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti