...

Deputat: Azərbaycan ictimai-siyasi sabitliyin qorunub saxlanması ilə inkişaf edir

Siyasət Materials 27 Yanvar 2016 12:30 (UTC +04:00)
“Biz müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi, iqtisadiyatımızı möhkəmləndirmək üçün ilk növbədə ölkə daxilində ictimai-siyasi sabitliyimizi qoruyub saxlamalıyıq və bu istiqamətdə də həmişə ciddi iş aparılır”.
Deputat: Azərbaycan ictimai-siyasi sabitliyin qorunub saxlanması ilə inkişaf edir

Bakı. Elçin Mehdiyev - Trend:

"Biz müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi, iqtisadiyyatımızı möhkəmləndirmək üçün ilk növbədə ölkə daxilində ictimai-siyasi sabitliyimizi qoruyub saxlamalıyıq. Bu istiqamətdə həmişə ölkədə ciddi iş aparılır".

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı ölkədə ictimai-siyasi sabitliyin qorunması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

E.Məmmədov blidirib ki, Azərbaycanda mövcud olan multikulturalizm dünya üçün bir nümunədir: "Azərbaycanda mövcud olan dini tolerantlıq nümunəvi bir formadadır. Azərbaycan çox millətli bir dövlətdir və bu baxımdan Prezident İlham Əliyev bu sahəyə həmişə böyük diqqət verir".

Deputat vurğulayıb ki, Azərbaycanda millətlərarası ziddiyyət olmayıb: "Biz daxili sabitliyimizi qoruyub saxlamalıyıq və inkişaf etdirməliyik. Azərbaycan fərqli mədəniyyətlərin qorunub saxlanması, birgə yaşayış istiqamətində çox yüksək uğurlara nail olub. Biz bunu bir nümunə kimi dünyaya göstəririk. Azərbaycan bu istiqamətdə inkişaf edir və bu, düzgün yoldur. Biz ictimai-siyasi sabitliyi qoruyub saxlayaraq ölkəmizi, iqtisadiyyatımızı inkişaf etdiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti