...

Britaniyanın Azərbaycanda yeni səfiri təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Fevral 2016 16:18 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycanda yeni səfiri təyin olunub.
Britaniyanın Azərbaycanda yeni səfiri təyin edilib (ƏLAVƏ OLUNUB)

Bakı. Anaxanım Hidayətova - Trend:

Böyük Britaniyanın Azərbaycanda yeni səfiri təyin olunub.

Trend-in Britaniya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Kerol Krofts Birləşmiş Krallığın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xanım K.Krofts bu postda səfir İrfan Siddiqi əvəz edəcək.

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına 2016-cı ilin may ayından başlayacaq.

Qeyd edək ki, K.Krofts 1987-ci ildən Britaniya XİN-də müxtəlif vəzifələrdə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti