...

Elmar Məmmədyarov GUAM-ın baş katibi ilə görüşüb

Siyasət Materials 8 Fevral 2016 18:12 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib.
Elmar Məmmədyarov GUAM-ın baş katibi ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

E.Məmmədyarov hazırda GUAM-a sədrlik edən ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti