...

Prezident İlham Əliyev Münhen təhlükəsizlik konfransında iştirak edəcək

Siyasət Materials 10 Fevral 2016 13:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransında iştirak edəcək.
Prezident İlham Əliyev Münhen təhlükəsizlik konfransında iştirak edəcək

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransında iştirak edəcək.

Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Vallströmlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dövlət başçısı energetika məsələləri üzrə paneldə məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, fevralın 12-də Almaniyada 3 günlük Münhen təhlükəszilik konfransı işinə başlayacaq.Konfransda 30-dan artıq ölkənin dövlət və hökümət başçılarının, 60-a yaxın nazirin, eləcə də siyasi xadim və alimlərin, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti