...

Prezident İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb (FOTO)

Siyasət Materials 12 Fevral 2016 19:43 (UTC +04:00)
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Münxendə ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulandı. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti