...

Əsgərlər təntənəli surətdə hərbi and içiblər (FOTO)

Siyasət Materials 14 Fevral 2016 16:40 (UTC +04:00)
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Əsgərlər təntənəli surətdə hərbi and içiblər (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilmiş, Azərbaycan Respublikasının Dövlət himni oxunmuş və tədbir açıq elan edilmişdir.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər.

Təntənəli mərasimlərdə çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyət üçün konsert proqramları, əsgərlərin valideynləri ilə görüşləri təşkil edilib və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlığa imkan yaradılıb.

Xəbər lenti

Xəbər lenti