...

Xarici İşlər Nazirliyində də Apelyasiya Şurası yaradılıb

Siyasət Materials 17 Fevral 2016 17:51 (UTC +04:00)
Xarici İşlər Nazirliyində Apelyasiya Şurası və Apelyasiya Şurasının katibliyi yaradılıb.
Xarici İşlər Nazirliyində də Apelyasiya Şurası yaradılıb

Bakı. Trend:

Azərbaycan Prezidentinin 762 nömrəli 2016-cı il 3 fevral tarixli fərmanından irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyində (XİN) Apelyasiya Şurası və Apelyasiya Şurasının katibliyi yaradılıb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 17-də xarici işlər nazirinin müavini Nadir Hüseynovun sədrliyi ilə Apelyasiya Şurasının ilk iclası keçirilib.

İclasda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar təkrar şikayətlərinə Apelyasiya Şurasında baxılması ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirildiyi bildirilib.

Qeyd edilib ki, Şuranın yaradılmasında əsas məqsəd ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması mexanizminin təkmilləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti