...

İlham Əliyev Butros Butros-Qalinin vəfatı ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 18 Fevral 2016 18:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.
İlham Əliyev Butros Butros-Qalinin vəfatı ilə əlaqədar başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

Başsağlığında deyilir: "Birləşmiş Millətlər Təşkilatının VI Baş katibi, görkəmli siyasi xadim Butros Butros-Qalinin vəfatı xəbərini kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti