...

Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşüb

Siyasət Materials 24 Fevral 2016 18:52 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb.
Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı dövlət başçısını müşayiət edən nümayəndə heyətinin üzvü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb.

DTX-nin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, işgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti