...

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakıya gələcək

Siyasət Materials 25 Fevral 2016 16:39 (UTC +04:00)
Bosniya və Herseqovinanın Rəyasət Həyetinin üzvü Mladen İvaniç martın 10-da Bakıya səfər edəcək.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakıya gələcək

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Həyetinin üzvü Mladen İvaniç martın 10-da Bakıya səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, M.İvaniçin səfərinin məqsədi Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən martın 10-11-i tarixində keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etməkdir.

Xatırladaq ki, Forumun işində 50-dən çox ölkə sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Forumun gündəliyində dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri və digər mühüm məsələlər yer alır.

Qeyd edək ki, Bosniya və Herseqovina Konstitusiyasının 5-ci maddəsinə əsasən, prezidentlik funksiyasını Rəyasət Heyəti həyata keçirir. Rəyasət Heyətinin tərkibində olan üç nəfər üzv 4 il müddətinə seçilir və 8 aydan bir rotasiya qaydası ilə Rəyasət Heyətinə sədrlik edirlər. M.İvaniç 2014-2105-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti