...

Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılmasının həlledici əhəmiyyəti var (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Fevral 2016 17:20 (UTC +04:00)
Dünya enerji bazarında dəyişkənlik fonunda "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında reallaşdırılması həlledici əhəmiyyətə malikdir.
Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılmasının həlledici əhəmiyyəti var (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Dünya enerji bazarında dəyişkənlik fonunda "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında reallaşdırılması həlledici əhəmiyyətə malikdir.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunları üzrə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, istənilən yubanmalar yersiz xərclərə səbəb olacaq: "Hamı Xəzər qazının Türkiyəyə 2018-ci ilə, Aİ-yə isə 2020-ci ilə tədarükünə başlanılacağını gözləyir".

İtaliyada Transadriatik (TAP) boru kəmərinin Apuliya bölgəsi ərazisi ilə çəkilməsi barədə etirazlara gəlincə, o, İtaliya hökumətinin bu işlər üzrə yerli hakimiyyətlə müzakirələr aparmasının vacibliyini qeyd edib: "Biz ümid edirik ki, bu məsələ qrafikə və bu layihənin ilkin konsepsiyasına təsir etmədən həll ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti