...

Deputat: Azərbaycanın enerji təhlükəsizliyi sahəsində apardığı işlər dünya birliyi tərəfindən dəstəklənir

Siyasət Materials 2 Mart 2016 13:50 (UTC +04:00)
Həm Azərbaycan, həm də Qərb ölkələri “Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində çox maraqlı olmalıdırlar.
Deputat: Azərbaycanın enerji təhlükəsizliyi sahəsində apardığı işlər dünya birliyi tərəfindən dəstəklənir

Bakı. İlhamə İsabalayeva - Trend:

Həm Azərbaycan, həm də Qərb ölkələri "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində çox maraqlı olmalıdırlar.

Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün görülən işlər, o cümlədən Azərbaycanın enerji təhlükəsizliyi sahəsində apardığı işlər dünya birliyi tərəfindən dəstəklənir.

"Cənub Qaz Dəhlizi" layihəsinin çox mühüm layihə olduğunu vurğulayan deputat bu layihənin reallaşmasının nəinki Azərbaycan, hətta dünya üçün də çox əhəmiyyətli olduğunu nəzərə çatdırıb: "Bu layihə Azərbaycanın marağındadır. Bu layihələrin həyata keçirilməsi çox vacibdir. Bunun üçün Azərbaycan tərəfindən kifayət qədər ciddi işlər görülür. "Cənub Qaz Dəhlizi" Məşrəvət şurasının hər iki toplantısının məhz Bakıda keçirilməsi Azərbaycanın nəinki siyasi, həm də iqtisadi uğurlarının nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti