...

Azərbaycan və Qətər arasında 8 sənəd imzalandı (FOTO)

Siyasət Materials 8 Mart 2016 13:00 (UTC +04:00)
Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan və Qətər arasında 8 sənəd imzalandı (FOTO)

Bakı. Trend:

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Qətərin nəqliyyat naziri Cassem bin Saif Al Sulaiti imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Qətərin nəqliyyat naziri Cassem bin Saif Al Sulaiti imzaladılar.

"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Qətərin maliyyə naziri Əli Şərif Al Emadi imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Qətərin maliyyə naziri Əli Şərif Al Emadi imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli imzaladılar.

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələblərinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzaladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti