...

Xorvatiyanın eks-dövlət müşaviri: Qlobal Bakı Forumunda dünya qarşısında dayanan ən aktual məsələlər müzakirə olunacaq

Siyasət Materials 9 Mart 2016 14:41 (UTC +04:00)
Qlobal Bakı Forumu ən aktual məsələləri müzakirə etmək üçün nüfuzlu dünya liderlərini və elm xadimlərini toplayacağı baxımdan vacibdir.
Xorvatiyanın eks-dövlət müşaviri: Qlobal Bakı Forumunda dünya qarşısında dayanan ən aktual məsələlər müzakirə olunacaq

Bakı. Anaxanım Hidayətova - Trend:

Qlobal Bakı Forumu dünya qarşısında dayanan ən aktual məsələləri müzakirə etmək üçün nüfuzlu dünya liderlərini və elm xadimlərini toplayacağı baxımdan vacibdir. Bunu Bakıda Trend-ə 2003-2010-cu illərdə Macarıstanın 3 Baş nazirinin xarici siyasət üzrə baş müşaviri olmuş Levente Kozma deyib.

Onun sözlərinə görə, forum çərçivəsində iştirakçılar səhiyyə ("Zika" virusu), təhsil (gənclərin işlə təminatı) sahələrində problemləri, müxtəlif iqtisadi və geosiyasi məsələləri təhil edəcək və onların həllinin axtarışı ilə məşğul olacaqlar.

Qeyd edək ki, sabah Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayır.

İki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edəcək, habelə video-müraciətlər nümayiş etdiriləcək.

Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edəcəklər.

lV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlər müzakirə ediləcək, mövcud problemlərin həlli yolları araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti