...

Mehriban Əliyeva Albaniyanın birinci xanımı Odeta Nişani ilə görüşüb

Siyasət Materials 10 Mart 2016 14:26 (UTC +04:00)
Martın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda iştirak edən Albaniyanın birinci xanımı Odeta Nişani ilə görüşüb.
Mehriban Əliyeva Albaniyanın birinci xanımı Odeta Nişani ilə görüşüb

Bakı. Trend:

Martın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunda iştirak edən Albaniyanın birinci xanımı Odeta Nişani ilə görüşüb.

Albaniyanın birinci xanımı Odeta Nişanini Bakıda görməkdən şad olduğunu bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Albaniyanın birinci xanımına Bakıya səfəri çərçivəsində Azərbaycan ilə daha yaxından tanış olmaq imkanı qazanacağını diqqətə çatdırıb.

Odeta Nişani Foruma dəvətə görə minnətdarlığını bildirib. Qonaq Azərbaycana ilk dəfə səfər etdiyini deyərək paytaxtımızın onda xoş təəssürat yaratdığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti