...

Nazir: Çexiya ilə hərbi-texniki sahədə münasibətlərin genişləndirilməsi vacibdir

Siyasət Materials 15 Mart 2016 16:49 (UTC +04:00)
Müdafiə naziri Çexiya parlamentinin nümayəndə heyəti ilə görüşüb.
Nazir: Çexiya ilə hərbi-texniki sahədə münasibətlərin genişləndirilməsi vacibdir

Bakı. Trend:

Martın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çexiya parlamentinin Deputatlar Palatasının Müdafiə komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Z.Həsənov qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və hərbi-texniki sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Çexiya hərbi-sənaye şirkətlərinin nümayəndələri ilə Silahlı Qüvvələrimizin silahlanmasındakı döyüş texnikası və avadanlıq, eləcə də Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin modernizə olunması və yenilənməsi, texniki baxımdan yerli şəraitə uyğunlaşdırılmış müasir müşahidə sistemlərinin əldə edilməsi, eləcə də hərbi təhsil, qarşılıqlı təcrübə səfərləri və maraq doğuran digər mövzulara dair geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti