...

ABŞ Azərbaycanda əfv sərəncamını alqışlayıb

Siyasət Materials 18 Mart 2016 09:36 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları çoxlu sayda məhkumun azad edilməsi istiqamətində Azərbaycan hökumətinin müsbət addımını alqışlayır.
ABŞ Azərbaycanda əfv sərəncamını alqışlayıb

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları çoxlu sayda məhkumun azad edilməsi istiqamətində Azərbaycan hökumətinin müsbət addımını alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilmiş dövlət katibi Con Kerrinin bəyanatında deyilir.

Dövlət katibi həmçinin deyib ki, əlavə müsbət nəticələrə nail olmaq üçün ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirməyə ümid edir.

Martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.

Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti