...

Deputat: "Prezident bir daha nümayiş etdirdi ki, heç bir insanın həbsdə olmasının tərəfdarı deyil"

Siyasət Materials 18 Mart 2016 11:27 (UTC +04:00)
Prezident xalqla bir olmalıdır və bunu nümayiş etdirməlidir.
Deputat: "Prezident bir daha nümayiş etdirdi ki, heç bir insanın həbsdə olmasının tərəfdarı deyil"

Bakı. İlhamə İsabalayeva - Trend:

"Prezident xalqla bir olmalıdır və bunu nümayiş etdirməlidir. Əfv sərəncamının imzalanması ilə də Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, o, xaqla birdir, hər bir insanın taleyi ilə maraqlanır və heç bir insanın həbsdə olmasının tərəfdarı deyil".

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, əfv sərəncamının imzalanması xoş məramdır və humanizmin nümunəsidir: "Bu, dövlət başçısı tərəfindən insanlığa qayğıdır. Həbsdə olan insanların azadlığa buraxılması həm də ailələrə sevinc gətirir. Bu humanist missiya hamı tərəfindən çox yüksək qiymətləndirilir. Əlbəttə ki, nöqsansız, səhvsiz insan yoxdur. Ancaq bu insanların bir çoxları səhvlərini başa düşürlər, getdikləri yolun düzgün olmadığını artıq bilirlər. Buna görə də ərizə ilə dövlət başçısına müraciət edirlər. Digər tərəfdən, ictimaiyyətin nümayəndələri də məhkumların azad olunması üçün Prezident İlham Əliyevə müraciət ünvanlayırlar".

Deputat bildirib: "Yaxşı haldır ki, azad olunanlar səhv addım atdıqlarını etiraf edirlər. Onlar azadlığa qovuşduqlarına görə, Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti