...

MN: Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib (VİDEO)

Siyasət Materials 26 Mart 2016 15:42 (UTC +04:00)
Düşmən təxribatının qarşısı alınıb
MN: Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib (VİDEO)

Bakı. Trend:

Düşmən təxribatının qarşısı alınıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin açdığı sərrast atəşlə elə ilk mərmilərlə düşmənin hərbi nəqliyyat vasitələri və mövqeləri sıradan çıxarılıb.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Silahlı Qüvvələrimiz düşmənin mülki deyil, yalnız hərbi obyektlərini hədəfə alır. Qarşı tərəf isə həmişə olduğu kimi yenə də öz itkilərini ictimaiyyətindən gizlədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti