...

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 13 Aprel 2016 19:01 (UTC +04:00)
Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ilə görüşüb.
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ilə görüşüb.

Görüşdə münasibətlərimizin dinamik inkişafından məmnunluq ifadə edildi, qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıldı.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

Dövlətimizin başçısı dəvətə görə minnətdarlığını bildirdi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycana səfərə dəvət etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti