...

Azərbaycan səfiri Küveyt qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb

Siyasət Materials 20 Aprel 2016 17:08 (UTC +04:00)
Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik “Əl-Nahar” qəzetinin 2016-cı ilin 17 aprel tarixli buraxılışında Azərbaycan səfiri Elxan Qəhrəmanın “Küveyt Dövlətinin xarici siyasəti balanslaşdırılmış və neytraldır” başlıqlı bir səhifəlik müsahibəsi nəşr edilib.
Azərbaycan səfiri Küveyt qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb

Bakı. Trend:

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik "Əl-Nahar" qəzetinin 2016-cı ilin 17 aprel tarixli buraxılışında Azərbaycan səfiri Elxan Qəhrəmanın "Küveyt Dövlətinin xarici siyasəti balanslaşdırılmış və neytraldır" başlıqlı bir səhifəlik müsahibəsi nəşr edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibədə iki ölkə arasında əlaqələrin qardaşlıq münasibətləri çərçivəsində inkişaf etdiyi bildirilib, beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Küveyt rəhbərliyinin Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə təşəkkür qeyd olunub, iqtisadi, ticarət, mədəniyyət və turizm sahələrində əlaqələr barədə məlumat verilib.

Göstərilənlərlə yanaşı, müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hazırkı vəziyyət, BMT-nin münaqişə ilə əlaqədar 4 qətnaməsinə baxmayaraq, işğalın hələ də davam etdirilməsi, 1994-cü ildə elan olunmuş atəşkəsin Ermənistan tərəfindən dəfələrlə pozulması, son olaraq isə aprelin 1-dən 2-nə keçən gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı jurnalistin sualları cavablandırılıb.

Təmas xəttində baş vermiş hadisələrdə Azərbaycan Ordusunun orada yerləşən mülki əhalinin müdafiəsi məqsədilə separatçı qüvvələrin və Ermənistan ordusunun hücumlarının qarşısını layiqincə aldığı və düşmənin geri oturdulduğu, ordumuzun Dağlıq Qarabağın hərbi yolla işğaldan azad olunmasına qadir olduğu, lakin münaqişənin sülh yolu ilə beynəlxalq təşkilatlar çərçivəsində həlinin tərəfdarı olduğumuz küveytli oxucuların diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti