...

Pan Gi Mun: Xalqların ayrılması ekstremistlərin xeyrinədir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Aprel 2016 11:39 (UTC +04:00)
Bölmə və ayırma ekstremistlərin xeyrinə işləyir, çünki onlar ümumi dəyərləri məhv etmək istəyirlər.
Pan Gi Mun: Xalqların ayrılması ekstremistlərin xeyrinədir  (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bölmə və ayırma ekstremistlərin xeyrinə işləyir, çünki onlar ümumi dəyərləri məhv etmək istəyirlər.

Trend-in məlumatına görə, bunu BMT baş katibi Pan Gi Mun Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçılarına ünvanladığı videomüraciətdə deyib.

O bildirib: "Mən Prezident İlham Əliyev, Azərbaycan hökumətinin və Bakı şəhərinin qonaqpərvərliyini qiymətləndirirəm. Mən bu forum komandasını salamlayıram".

BMT baş katibinin sözlərinə görə, hazırda bəşəriyyət böyük böhranlar dövrünü yaşayır.

Müraciətdə qeyd olunur ki, bir çox insanlar öz evlərini tərk etməyə məcbur olurlar: "Bir çoxları zorakılıqdan, ekstremizmdən qaçırlar".

P.G.Mun müraciətində bildirib ki, BMT bütün dünyada mübahisələrin, münaqişələrin nizamlanmasına, sülhün möhkəmləndirilməsinə kömək edir: "Biz ilkin səbəblərin aradan qaldırılması yolu ilə münaqişələrin profilaktikasına cəmlənmişik".

Bildirilir ki, Baş Assambleya BMT-nin zorakılıq və ekstremizmin qarşısının alınması üzrə fəaliyyət planını alqışlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti