...

İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi barədə sərəncam imzalayıb

Siyasət Materials 29 Aprel 2016 09:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 185 VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi barədə sərəncam imzalayıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 185 VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılılr ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Eyni zamanda, Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti