...

Prezident İlham Əliyev Ağsu rayonuna səfərə gəlib (FOTO)

Siyasət Materials 29 Aprel 2016 13:54 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev Ağsu rayonuna səfərə gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti