...

YAP Ədalət Nəbiyevə təşəkkür elan edib

Siyasət Materials 2 May 2016 16:24 (UTC +04:00)
Aprelin 30-da Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının 10-cu konfransı keçirilib.
YAP Ədalət Nəbiyevə təşəkkür elan edib

Bakı. Trend:

Aprelin 30-da Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının 10-cu konfransı keçirilib.

Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev Maliyyə Nazirliyinin 10 saylı Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunduğu üçün öz xahişi ilə partiyanın rayon təşkilatının sədri vəzifəsindən azad olunub.

YAP Quba rayon təşkilatının 10-cu konfransında Ə.Nəbiyevin rayon təşkilatının sədri kimi fəaliyyəti yüksək qiymətləndirilib, o, rayonun ictimai-siyasi həyatında aktiv fəaliyyətinə görə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov tərəfindən Fəxri fərmanla təltif olunub.

Eyni zamanda 10-cu konfransda iştirak edən YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov YAP rəhbərliyi adından partiyadakı yorulmaz fəaliyyətinə görə Ə.Nəbiyevə təşəkkür elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti